03 dekabr 2024 12:09
294

FHN: Yaşayış binasında partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb - VİDEO

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

"Ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib", məlumatda deyilir.