14 dekabr 2024 01:26
413

Süni insan dərisi “Roszdravnadzor” tərəfindən təsdiqlənib

Buryatiyada "NovoSkin" ticarət adı ilə hazırlanmış süni insan dərisi Rusiyanın federal səhiyyə xidməti olan “Roszdravnadzordan” qeydiyyat şəhadətnaməsi alıb.

Məhsul Buryatiya, Moskva, Kazan, Sankt-Peterburq və Moskva vilayətinin klinikalarında sınaqdan keçirilib.

Artıq kollagen-laminin matrisi əsasında yaradılmış “NovoSkin” innovativ yara örtüyü Rusiyanın bütün tibb müəssisələrində istifadə olunacaq.

Yara örtüyü innovativ hüceyrə texnologiyalarından istifadə edərək, kollagen-laminin matrisi əsasında hazırlanmışdır. Komponentlər insan dərisinin quruluşunu tam olaraq təkrarlayır.

Nubar Süleymanova, “İki sahil”