15 dekabr 2024 18:49
427

Türkiyədə fəhlədən nümunəvi addım - VİDEO

Palçıqlı ayaqqabılarını çıxararaq marketə daxil olub

Hatayın (Türkiyə) Defne rayonunda bir şəxsin palçıqlı ayaqqabılarını çıxararaq marketə girməsi təhlükəsizlik kamerasına düşüb.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, işçi palçıqlı olduğu üçün marketin qapısında ayaqqabılarını çıxarıb, corabını geyinib içəri girib. O, bazarlıq etdikdən sonra yenidən ayaqqabılarını geyinərək mağazadan çıxıb.

Həmin anların görüntülərini təqdim edirik:

Məhərrəm Ağalaroğlu, “İki sahil”