25 dekabr 2024 09:50
277

Sabirabadda yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb

Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yeni yerüstü piyada keçidinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib.

“İki sahil” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, iki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 29 metr, eni 3 metr, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır.

Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri görülüb.