28 dekabr 2024 09:03
389

Süd oğrusu tutuldu - VİDEO

Yozgatın (Türkiyə) Akdağmadeni səmtində supermarketdən süd qutusunun yoxa çıxmasından sonra duyğusal hekayə ortaya çıxıb.

“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, məlum olub ki, ana it ağzı ilə süd qutusunu aparıb balalarına içirirmiş.

Akdağmadeni səmtindəki Gültəpə məhəlləsinin muxtarı olan və eyni zamanda market işlədən Mustafa Çətin hər gün aldığı 10 süd qutusundan birinin əskik olduğunu görüb. Süd qutularının oğurlandığını düşünən Çətin kamera qeydlərinə baxmaq qərarına gəlib.

Çətin videoqeydlərə baxanda bir itin ağzı ilə 5 litrlik süd qabını apardığını görüb, itin arxasınca gedib. O, itin 4 balası olduğunu və ağzı ilə qutunun qapağını açdığını, südünü balalarına içirdiyini görüb. Ana itin və balaların olduğu yerə gedəndə Çətin boş qutuları görüb heyrətlənib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”