01 yanvar 2025 08:50
560

Aktau yaxınlığında təyyarə qəzasında həlak olanların xatirəsinə mahnı yazılıb

Aktau (Qazaxıstan) yaxınlığında baş vermiş təyyarə qəzası qurbanlarının xatirəsinə mahnı yazılıb.

“İki sahil” KazTAG-a istinadla xəbər verir ki, mahnıda deyilir: “Biz eyni yuvanın əkizləriyik. Bizim ümumi dəniz səthimiz var. Bir-birimizə çox isti münasibətimiz var. Bir-birimizi axtarırıq, bir yerdə görmədiyimiz bir şey varmı?”.

"Tengiz-jurek" adlanan mahnı qazax və Azərbaycan dillərində ifa olunur.  Mahnının musiqisi Renat Qaysinə, sözləri isə Daniyar Aldabergen ilə Elmira Dehqaniyə məxsusdur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”