PKK/YPG terror təşkilatının Suriyada iki yolu var; ya silahlarını yerə qoyacaqlar, ya da antiterror əməliyyatı ilə işğal etdikləri ərazilərdən çıxarılacaqlar. Təşkilat hələ birinci variantı rədd edərkən, kritik bir inkişaf baş verdi.
“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, Suriyanın yeni rəhbərliyi PKK/YPG-yə təzyiqləri artırır. İddialara görə, ölkənin faktiki lideri Əhməd əl-Şara YPG ilə üzbəüz görüşərək təşkilatın ləğv edilməsinin lazım olduğunu izah edib.
Dəməşqdə keçirilən görüşdə terror təşkilatını darmadağın etmək məqsədi ilə YPG-nin işğal etdiyi Suriya torpaqlarının gələcəyi müzakirə edilib.
Şəra daha əvvəl Suriyanın PKK/YPG-nin hücum bazasına çevrilməsinə icazə verməyəcəklərini bildirib və ölkədəki bütün silahlı qrupların ləğv edilərək Müdafiə Nazirliyinin damı altında toplanacağını açıqlamışdı. YPG hələ də bu istiqamətdə addım atmayıb.
Bu təmas Mənbicdə qarşıdurmaların davam etdiyi dövrdə baş verib. Terror təşkilatı Tişrin bəndinin ətrafındakı ərazini hədəf alıb. YPG terrorçularının Menbiçə hücumları davam edir. Həmin hücumlarda biri uşaq olmaqla 3 nəfər həyatını itirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”