06 yanvar 2025 11:10
550

SOCAR 17 il ərzində Türkiyəyə ümumilikdə 18,5 milyard dollar sərmayə yatırıb

SOCAR, 2008-ci ildə “Petkim” səhmlərinin 51%-ni Türkiyə Respublikasının Özəlləşdirmə İdarəsindən 2 milyard 40 milyon ABŞ dollarına satın alaraq bu ölkədə fəaliyyətə başlamışdır. Türkiyənin ən böyük xarici investoru olan SOCAR, Türkiyəyə 17 il ərzində ümumilikdə 18,5 milyard ABŞ sərmayı qoyulub.

“İki sahil”in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirləri "SOCAR Türkiyə" və qrup şirkətlərinə dair qısa icmala dair keçirilən mətbuat konfransında "SOCAR Türkiyə"nin Baş icraçı direktoru Elçin İbadov deyib. 

E.İbadov bildirib ki, Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu "SOCAR Türkiyə", eyni zamanda Əliağadakı bütün  törəmə müəssisələrini əhatə edən ərazisi üçün Türkiyədə "Xüsusi Sənaye Zonası" adını alan ilk şirkət olub. İşçilərin sayı təxminən 5.600 nəfərdir. Podratçı şirkətlərin işçiləri də daxil olmaqla "SOCAR Türkiyə"nin əməliyyatlarında 10 min nəfərdən artıq insan çalışır. Emal və Neft-Kimya Biznes Vahidi Təbii Qaz Biznes Vahidi Digər investisiyalar STAR NEZ Bursaqaz Liman Əməliyyatları, Petkim Kayseriqaz SOCAR Fiber, SOCAR Petrol Ticarət STDYGAŞ, SOCAR Broker, SOCAR Depolama, SOCAR Enerji Ticarət, SOCAR Gəmi Agentliyi, SOCAR Ar-İn (Araşdırma-İnkişaf) BOS Enerji SCR, SOCAR Dənizçilik Petkimspor, "SOCAR Türkiyə" TANAP-da 7% paya sahibdir və şirkətin idarə olunmasında aktiv şəkildə iştirak edir.

Orxan Vahidoğlu, “İki sahil”
İstanbul