AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.
“İki sahil” milli assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, o, Avropa Liqasının 1/8 final mərhələsində Türkiyədə “Fənərbağça” və Şotlandiyanın “Reyncers” klubları arasında keçiriləcək ilk oyunun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma martın 6-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.