27 fevral 2025 09:41
265

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start verilir

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

“İki sahil” xəbər verir ki, bu gün iki matç keçiriləcək.

Ölkə çempionu "Qarabağ" "Səbail"lə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da başlayacaq. İlk görüşdə Ağdam klubu qələbə qazanıb - 1:0.

Günün ikinci oyununda "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Matç saat 19:30-da başlayacaq. Tərəflər arasındakı ilk qarşılaşma qolsuz yekunlaşıb.

Qeyd edək ki, 1/4 final mərhələsinə fevralın 28-də gerçəkləşəcək "Zirə" - "Araz-Naxçıvan" (ilk oyun - 0:1) və "Neftçi" - "Kəpəz" (ilk oyun - 2:0) görüşləri ilə yekun vurulacaq.

Azərbaycan Kuboku,

1/4 final mərhələsi,

cavab oyunları

27 fevral

16:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Şirmamed Mamedov

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun: 1:0.

19:30. “Sumqayıt” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR: Nicat İsmayıllı

AVAR: Rəhman İmami

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

İlk oyun: 0:0.

28 fevral

16:00. “Zirə” – “Araz-Naxçıvan”

İlk oyun: 0:1.

19:30. “Neftçi” – “Kəpəz”

İlk oyun: 2:0