27 fevral 2025 11:04
257

ADY: Platformalar, piyada keçidi və körpülər qardan təmizlənir

Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) vağzal, stansiya və dayanacaqlarda intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür.

Bu barədə “İki sahil” ADY-yə istinadən xəbər verir.

Bildirilir ki, platformalar, piyada keçidi və körpülər qardan təmizlənir. Həmçinin sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi cığırlar salınır.

“Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmalarını, dəmiryol xətlərini keçərkən müvafiq keçidlərdən istifadə etmələrini xahiş edir, təhlükəsiz səfərlər diləyirik”, - deyə məlumatda deyilir.