28 fevral 2025 09:33
683

Rövşən Nəcəf Somalinin neft və mineral sərvətlər naziri ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf Somali Federativ Respublikasının neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşüb.

Şirkətdən “İki sahil”ə verilən məlumata görə, görüşdə cari il fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.

Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin BANM-də təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.