28 fevral 2025 11:46
288

Azərbaycan idmançıları Hindistanda keçirilən dünya çempionatında 4 medal qazanıblar

Azərbaycan idmançıları Hindistanın paytaxtı Delhidə keçirilən koreş üzrə dünya çempionatında 4 bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Eyvaz Baxşiyev (60 kq), Şəhanə Alməmmədova (70 kq), Hacalı Qasımov (74 kq), Abdulla Abdullayev (82 kq) üçüncü olublar.