28 fevral 2025 16:13
307

Xorvatiyanın Baş naziri: Zaqreb və Bakı ticarət və investisiyaların həcmini artırmağı hədəfləyib

Xorvatiya-Azərbaycan biznes forumu Bakı və Zaqreb arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

“İki sahil” xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç sosial şəbəkə hesabında yazıb.

"Xorvatiya-Azərbaycan iqtisadi forumu ərəfəsində ölkəmizdə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirdik. Yaxşı səviyyədə olan siyasi və iqtisadi əlaqələri müzakirə etdik, məqsədimiz ticarət və investisiyaların həcmini daha da artırmaqdır", - o bildirib.