01 mart 2025 09:28
292

Paris Zərbxanasına qüsurlu medallarla bağlı 220 şikayət daxil olub

2024-cü il Paris Yay Olimpiya Oyunlarının iştirakçılarından 220 şikayət daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə Paris Zərbxanası məlumat yayıb. Bildirilib ki, medallarında problem yaranan atletlər üçün yeni medal hazırlanaraq təhvil verilir.

Olimpiya oyunları vaxtı verilmiş 5084 medalın 4 faizinin qüsurlu olduğu ehtimal edilir. Ən ciddi problem bürünc medallarda müşahidə olunur.