Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Bəydili kəndində, 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydın oğluna məxsus ümumi sahəsi 64 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb. Nəticədə ev tamamilə yanıb.
Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və 2 texnikası cəlb olunub.
Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.