07 mart 2025 10:06
131

1-ci liqada oyun günü

Bu gün Azərbaycan 1-ci liqasında 17-ci tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçiriləcək. 

Lider "Qəbələ" 7-ci yerdəki "Cəbrayıl"ın qonağı olacaq.

2-ci sıradakı "İmişli" 8-ci pillədədəki "Mingəçevir"lə qarşılaşacaq. 

3-cü yerdəki "Karvan" isə 6-cı sıradakı "Zaqatala" ilə üz-üzə gələcək. 

7 mart (cümə)

13:00. “Cəbrayıl” – “Qəbələ” 
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Samir Qaracayev, Şamil İmanzadə
"ASCO Arena”

14:00. “İmişli” – “Mingəçevir” 
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Səbuhi Bayramov
Heydər Əliyev adına İmişli şəhər stadionu

14:00. “Karvan” – “Zaqatala”
Hakimlər: Vüqar Həsənli, Şirmamed Mamedov, Kərim Zeynalov, Sənan Bayramzadə
Yevlax şəhər stadionu

6 mart (cümə axşamı)

"Difai” 0–1 “Baku Sporting”

MOİK – “Qaradağ Lökbatan” - 2:2