07 mart 2025 13:34
307

Milli Məclis Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib

Milli Məclis 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb.

“İki sahil” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında spiker Sahibə Qafarova təklif edib ki, 8 Martla əlaqədar Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.

Deputatlar sədrin təklifini dəstəkləyiblər.