Azərbaycanın Nablusda (Fələstin) 600 nəfərlik məktəbin tikintisini də öhdəsinə götürüb.
“İki sahil” xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, ölkəmiz Fələstin xalqına təhsil və səhiyyə sahəsində dəstək üzrə təşəbbüs göstərir, bu istiqamətdə 2024-2025-ci illər üzrə Fələstindən olan 15 tələbəyə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” ayırıb.