08 mart 2025 10:16
242

"Barselona" "Real"ın qapıçısına göz dikdi

"Barselona" "Real"ın qapıçısı Andrey Lunini transfer etmək istəyir. 

“İki sahil” xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Kataloniya təmsilçisinin prezidenti Joan Laporta bu yaxınlarda Luninin meneceri Xorxe Mendeşlə görüşüb. Laporta ukraynalı qolkiperin transferinin mümkünlüyü ilə maraqlanıb. Bununla belə, futbolçunun meneceri funksioneri əmin edib ki, Lunin hələ Madrid klubundan ayrılmağı düşünmür.

Üstəlik, “Real” öz oyunçusunu əsas rəqibinə buraxmağa razı olmayacaq.

Lunin bu mövsüm "Real"ın heyətində 9 oyun keçirib, 12 qol buraxıb.