08 mart 2025 10:45
232

Tramp: Ümid edirəm ki, İranla sülh sazişi bağlaya bilərik

"İranla bağlı vəziyyət var, çox yaxında nəsə olacaq. Siz bu barədə çox yaxında danışacaqsınız. Ümid edirəm ki, sülh müqaviləsi bağlaya bilərik. Sadəcə deyirəm ki, sülh sazişini digərindən üstün tuturam, amma o biri problemi də həll edəcək".

İki sahil” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasındakı proseslə bağlı açıqlamasında deyib.

ABŞ prezidenti Donald Tramp dünən İranın ali dini lideri Əli Xamneyiyə danışıqlar prosesi ilə bağlı məktub göndərdiyini bildirib. İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi ABŞ prezidenti Donald Trampın ali dini lider Əli Xamneyiyə nüvə silahı proqramı ilə bağlı danışıqların aparılmasını tələb edən məktub göndərdiyinə dair iddiaları təkzib edərək, “İndiyə qədər belə bir məktub almamışıq”, - deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”