Avropa İttifaqına (Aİ) üzv ölkələrin Rusiya təhlükəsi ilə üzləşməmək üçün yenidən silahlanma prosesi fonunda, ABŞ da daxil olmaqla heç kim Almaniyaya nüvə arsenalı əldə etməyə icazə verməyəcək.
“İki sahil” EFE-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov dövlət televiziyasına deyib.
"Biz buna icazə verməyəcəyik - nə biz, nə amerikalılar, nə də nüvə silahlarının yayılmaması rejimi", - deyən Ulyanov, belə silahların digər Aİ ölkələrində də peyda olacağını istisna etməyib: “Xeyr, Fransa onları (nüvə silahlarını) təhvil verə bilməz. Bu, nüvə silahının yayılmaması müqaviləsi ilə qadağandır”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”