08 mart 2025 12:21
242

Cənubi Koreyanın Poçeon ərazisi xüsusi fəlakət zonası elan edilib

Cənubi Koreya Hərbi Hava Qüvvələrinin səhvən bombardman etməsi nəticəsində böyük ziyan dəymiş Poçeon ərazisini tez bir zamanda bərpa və sakinlərə dəstək vermək üçün xüsusi fəlakət zonası elan edilib.

İki sahil”in “Yonhap”a istinadən verdiyi məlumata görə, bu barədə prezident səlahiyyətlərini icra edən maliyyə naziri Çoi Sanq-mok bu barədə şənbə günü müvafiq qurumlara tapşırıq verib.

Xatırladaq ki, cümə axşamı günü iki “KF-16” döyüş təyyarəsi canlı atəş təlimləri zamanı Seuldan təxminən 40 kilometr şimalda yerləşən Poçeonda təlim poliqonunun kənarına qeyri-adi şəkildə səkkiz “MK-82” bombası atıb. Qəza nəticəsində 29 nəfər, o cümlədən 15 mülki şəxs yaralanıb və bir çox binaya ziyan dəyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”