08 mart 2025 16:10
279

Azərbaycana təyyarə ilə gələn xanımlar çiçəklə qarşılanıb

Azərbaycan gömrükçüləri 8 Mart - Beynəlxalq Qadınlar Günündə ölkəmizə təyyarə ilə gələn xanımlara xüsusi diqqət göstərib. 

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Məlumata görə, xanım sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportunda çiçək təqdim olunub.