08 mart 2025 16:51
251

Bahia Blanca şəhəri selə təslim olub - Ölənlərin sayı 10-a çatıb

Argentinanın Buenos-Ayres əyalətinin Bahia Blanca liman şəhərində leysanın səbəb olduğu daşqınların sayı artıb.

İki sahil” xəbər verir ki, şəhər rəsmiləri ölənlərin sayının 10-a çatdığını, bu sayın daha da arta biləcəyini bildiriblər.

Körpülərin və yolların dağıldığı bildirilən açıqlamada, “Bələdiyyə qrupları, əyalət hökuməti, donanma və Argentina ordusu da daxil olmaqla, bütün mövcud resurslar yardım göstərmək üçün səfərbər edilir” , - deyə bildirilib.

İqtisadiyyat naziri Luis Kaputo sosial mediada yazdığı açıqlamada hökumətin 300 min əhalisi olan Bahia Blancaya 10 milyard peso (9,2 milyon dollar) maliyyə yardımı edəcəyini bildirib.

Argentina prezidenti Xavyer Mileinin bu gün Mendoza əyalətindəki proqramlarını ləğv etdiyi məlum olub.

Yeddi saatlıq fasiləsiz yağan şiddətli yağışın ardından irimiqyaslı daşqınların yaşandığı, bəzi avtomobilləri selin apardığı, bəzilərinin isə su altında qaldığı şəhərdə yaşayış evləri və səhiyyə mərkəzləri üçün təxliyə əmri verilib. Ağacların aşması nəticəsində minlərlə insan işıqsız qalıb.

Axtarış, xilasetmə və yardım işləri şəhər boyu davam edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”