Səudiyyə Ərəbistanından ayrılaraq Braziliyaya qayıdan Neymar üçün "Qalatasaray" iddiası ortaya atılıb.
“İki sahil” xəbər verir ki, “Carpetas FCB” internet saytı "Qalatasaray"ın "Barselona"ya dönəcəyi ilə bağlı xəbərlər yayılan braziliyalı futbolçunun transferində maraqlı olduğunu iddia edib.
Xəbərdə "Qalatasaray"ın Neymarı transfer etmək üçün hər şeyə hazır olduğu bildirilərkən, braziliyalı oyunçuya çox iddialı bir layihənin təqdim ediləcəyi vurğulanıb.
“Qalatasaray”ın təklifinin Neymara yenidən Avropada lider olmaq fürsəti verəcəyi bildirilir.
Sarı-qırmızılıların mövsümün sonunda ayrılacaq Viktor Osimhenin yerinə keyfiyyətli və səs-küylü ad axtardığı, Neymarın bu kriteriyaya uyğun gəldiyi qeyd edilib.
33 yaşlı Neymar karyerası boyu "Santos", "Barselona", "PSJ" və "Əl-Hilal"da çıxış edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”