10 mart 2025 18:17
221

Ceyhun Bayramov Qazaxıstana rəsmi səfərə gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına rəsmi səfərə yola düşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə XİN-dən məlumat verilib.

Rəsmi səfər çərçivəsində 11 mart tarixində nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu, habelə digər yüksək səviyyəli rəsmilər ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.