11 mart 2025 11:43
179

Mask DOGE işçilərinin sayını iki dəfə artırmağı planlaşdırır

Amerikalı iş adamı İlon Mask ABŞ Hökumətinin Effektivliyi Departamentində (DOGE) işçilərin sayını iki dəfə artırmaq niyyətindədir.

“İki sahil” xəbər verir ki,  o, bu barədə “Fox Business” telekanalına müsahibəsində bildirib.

"Hazırda 100 nəfərdən bir qədər çox əməkdaşımız var və ümid edirik ki, bu say 200-ə çatacağıq", - deyə, RİA Novosti onun sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, komanda əsasən proqramçılar və informasiya təhlükəsizliyi, maliyyə və texniki elmlər sahələrindən olan mütəxəssislərdən ibarətdir.