13 mart 2025 10:25
137

Şarl Mişel: Müasir dünyaya dialoq üçün platforma lazımdır

Qlobal çağırışlarla üzləşən müasir dünyanın açıq dialoq və birgə qərarların qəbulu üçün platformaya ehtiyacı var.

“İki sahil” xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel deyib.

Onun sözlərinə görə, mövcud prinsiplər və beynəlxalq qaydalar təzyiq altındadır, bu da konstruktiv həllərin axtarışını xüsusilə vacib edir.