13 mart 2025 16:52
139

İmişlinin Bəhrəmtəpə qəsəbəsində yeni park istifadəyə verilib - FOTO

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yeni park istifadəyə verilib.

“İki sahil” xəbər verir ki,  İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev parkda yaradılan şəraitlə tanış olub.

İmişli RİH-nin dəstəyi ilə yaradılmış parkın açılış tədbirində çıxış edən icra başçısı sakinləri yeni yaradılmış istirahət guşəsi münasibəti ilə təbrik edərək, son illərdə rayon sakinlərinin və gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələrin icra edildiyindən bəhs edib. Eyni zamanda xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə sakinləri səmimi-qəlbdən təbrik edib, xoş əhval-ruhiyyə arzulayıb.

Qeyd edək ki, parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb. Bununla yanaşı parkda yaşıllaşdırma işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb. Bu cür abadlıq işləri rayonun inkişafına və sakinlərin həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir.