Sorğulara görə, insanların 99%-i hər il müxtəlif bədən ağrılarından şikayətlənir. Onların 63%-i hər həftə bir növ ağrı keçirir. Ağrıya necə dözmək olar və ona dözməyin nə üçün təhlükəli olması "Rusiya" telekanalında yayımlanan sağlamlıq verilişində müzakirə olunub.
“Ağrı stresdir. Bu, bədənimizin bütün daxili sistemlərinin fəaliyyətinə təsir göstərir”, - rusiyalı həkim Sergey Aqapkin izah edib. Ağrı insanın psixo-emosional vəziyyətini depressiyaya salır və hətta həyatı üçün təhlükəli vəziyyətə çevrilə bilər. Daimi xroniki ağrı hissi depressiyanın inkişafına və narahatlığın yaranmasına təsir göstərir.
Bundan əlavə, ağrı fiziki hərəkətsizliyə gətirib çıxarır ki, bu da öz növbəsində artıq çəki artımına səbəb olur. Ağrıları aradan qaldırmağa çalışmasanız, fizioloji təzahürlər zəncirini tətikləyə bilər - bədənin digər hissələrində yeni xoşagəlməz hisslər yaradar.
Doktor Aqapkin ağrının təhlükəli formaya çevrilməməsi üçün onu erkən mərhələdə dayandırmağı məsləhət görür. Bunun üçün ağrının səbəbini tapmaq və onu aradan qaldırmaq lazımdır.
"Diaqnoz qoyulduqdan sonra mütəxəssis iltihab əleyhinə müəyyən qeyri-steroid dərmanlar təyin edə bilər", -deyə həkim izah edib.
“Bəzi dərmanlar iltihaba qarşı güclü təsir göstərə bilər, digərləri isə daha güclü ağrıkəsici təsir göstərir. İki aktiv maddə olan kombinasiyalı məhsullardan istifadə edə bilərsiniz. Ağrı dözülməz olduqda dərhal kömək lazımdır”, - doktor Aqapkin xəbərdar edib.
Nubar Süleymanova, “İki sahil”