Geosiyasi çağırışlarla mübarizə aparmaq üçün biz adətən sıfır məbləğli oyun (zero-sum game) yanaşmasını tətbiq edirik. Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün isə əməkdaşlığa ehtiyacımız var. Çünki yalnız birgə şəkildə reallıqları dəyişdirə və hazırkı vəziyyəti daha yaxşı həll yolu tapmaq istiqamətində dəyişə bilərik.
“İki sahil” xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" adlı panel iclasında BMT 77-ci Baş Assambleyasının Prezidenti Ksaba Korosi deyib: "Lakin bu gün nə baş verir? Geosiyasi düşüncə getdikcə digər danışıqları və dayanıqlılıqla, transformasiya ilə bağlı prosesləri üstələyir. Nəticə isə növbəti sıfır məbləğli oyun deyil. Nəticə mənfi məbləğli oyundur (negative-sum game). Bu gün dəfələrlə qeyd olundu ki, biz qaydalara əsaslanan beynəlxalq münasibətlər, cəmiyyətlər və beynəlxalq nizam görmək istəyirik. Uzun illərdir ki, biz bu yanaşmaya üstünlük veririk. Əslində təxminən 20 il əvvəl biz bu yanaşmaya əlavə etməyə başladıq – Dayanıqlı İnkişaf Məqsədləri (DİM), müəyyən istiqamətlər və digər məsələlər formasında".