14 mart 2025 12:33
101

Bu il azad edilən torpaqlarda 65 min hektardan artıq ərazi minalardan təmizlənəcək

Bu il azad edilən ərazilərdə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

O xatırladıb ki, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılıb:

"Keçən il 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib".