Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Birləşmiş Krallığın “Global Brands Magazine” jurnalının “Global Brand Awards” beynəlxalq müsabiqəsində uğur qazanıb.
“İki sahil” xəbər verir ki, Observatoriyanın şəffaf sorğu prosesi, etibarlı təhlil nümunələri münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.
Beləliklə, xidmət keyfiyyəti meyarları üzrə seçilərək müsabiqənin “Public Sector & Government Awards” kateqoriyasında qalib elan edilən Observatoriya “Sosial Rifah və Müdafiə Sahəsində Ən Yaxşı Dövlət Qurumu” ali mükafatına layiq görülüb.
Qurumun adı bu beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki qaliblər siyahısına (https://www.globalbrandsmagazine.com/award-winners-2025/) daxil edilib.
Müsabiqədə Milli Observatoriya ilə yanaşı, ABŞ, Yaponiya, İspaniya, BƏƏ, Avstraliya, Kanada, Almaniya, Meksika, Oman və bir sıra digər ölkələrdən olan dövlət və özəl qurumlar da iştirak edib.