15 mart 2025 10:39
79

Üç boksçumuz beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın üç boksçusu Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə finala yüksəliblər.

“İki sahil” xəbər verir ki, 50 kq çəkidə Tural Sarıyev Peter Lakatosla (Macarıstan) qarşılaşıb.

O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:25, 30:26) hesabı ilə məğlub edib. Sarıyev həlledici görüşdə Atilla Bernatla (Macarıstan) üz-üzə gələcək.

Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartdan (Uels) güclü olub. Boksçumuz 4:1 (29:28, 29:28, 29:28, 28:29, 39:27) hesabı ilə qələbə qazanıb. O, finalda Kruzito Kovaçsla (Macarıstan) döyüşəcək.

Əli Abdullayev (65 kq) isə yarımfinalda Erik Suçiyə (Çexiya) qalib gəlib – 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27). Boksçumuz qızıl medal uğrunda Milan Petrimanla (Macarıstan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.