15 mart 2025 11:52
86

Kreml: Kurskda ukraynalı hərbçilərin silahı yerə qoyması təklifimiz hələ də qüvvədədir

Rusiya Prezidenti Vladimir Putinin Kursk vilayətində Ukrayna birləşmələrinin silahı yerə qoyması təklifi hələ də qüvvədədir, lakin Kiyevin vaxtı azalır.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təklif hələ qüvvədədir. Onların vaxtı daralır", - o, müvafiq suala belə cavab verib.