15 mart 2025 16:07
92

Nazir: Azərbaycan mövcud olan beynəlxalq səhiyyə sisteminin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış edir

Azərbaycan mövcud olan beynəlxalq səhiyyə sisteminin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış edir.

“İki sahil” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev XII Qlobal Bakı Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, təkmilləşdirmə prosesinə dünya dövlətlərinin dəstəyi vacibdir:

“Şübhəsiz, burada süni intellektin imkanlarından yararlanmaq inanılmaz fürsətlər verə bilər. Süni intellektdən yararlanmaq dedikdə təkcə hər hansısa bir xəstəliyə qarşı mübarizə üsulunu nəzərdə tutmuruq, idarəedici funksiyadan da yararlanmaq olar. Biz qlobal səhiyyə dedikdə, həm də bunun qlobal məsuliyyət olduğunu unutmamalıyıq”.