Azərbaycanda gündəlik tibbi praktikada süni intellektin tətbiqi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir deyib ki, hazırda radiologiyada süni intellektdən yararlanırlar:
“Yaxın zamanda bu tətbiq genişləndiriləcək və bir neçə başqa sahədə də istifadə ediləcək”.