15 mart 2025 19:32
105

Kanada ABŞ-la 19 milyard dollarlıq F-35 müqaviləsindən çıxa bilər

Kanada ABŞ-dan F-35 qırıcıları almaq üçün 19 milyard dollarlıq müqavilədən çıxa və başqa variantlar axtara bilər.

İki sahil” Kanada Yayım Korporasiyasının (CBC) istinadla xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Bill Blair söyləyib.

O, 2023-cü ilin iyun ayında ABŞ-dan 88 ədəd F-35 döyüş təyyarəsi alınması üçün imzalanan müqavilə ilə bağlı bildirib ki, ABŞ prezidenti Donald Tramp tərəfindən tariflərlə təhdid edilən Kanada 19 milyard dollarlıq müqavilədən çıxmaq və təyyarələri alternativ mənbələrdən almaq kimi variantları nəzərdən keçirir.

Ödənişi alınan və 2026-cı ildə təhvil verilməsi gözlənilən 16 F-35-dən imtina edə bilməyəcəyini deyən Blair, əlavə edib: "Biz digər alternativləri və bütün döyüş təyyarələrinin F-35 olub-olmamasını araşdırırıq".

Müdafiə naziri donanmanın qalan hissəsinin Avropa şirkətlərindən alınan təyyarələrdən ibarət ola biləcəyini və Kanadada təyyarə hissələrinin yığılması kimi variantların da nəzərdən keçirildiyini qeyd edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”