Böyük Britaniya Avropada nüvə silahının yayılması ideyasını dəstəkləməyib.
“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer deyib.
ABŞ-nin “Köhnə qitə”yə marağının azalması fonunda Avropa ölkələrində nüvə silahının peyda olması ehtimalı ilə bağlı müxtəlif ekspertlərin bəyanatlarını şərh edən britaniyalı diplomat deyib:
“Mövqeyimiz ondan ibarətdir ki, biz nüvə silahlarının mövcudluğunun artmasının qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyik. Bu, hökumətimizin aydın və ardıcıl mövqeyidir”.
Martın 13-də Polşa prezidenti Anjey Duda “Financial Times” qəzetinə müsahibəsində Vaşinqtonu Polşada nüvə silahı yerləşdirməyə çağırıb.
Varşavadan verilən açıqlamaya cavab olaraq ABŞ prezidenti Donald Trampın administrasiyası Şərqi Avropada nüvə silahının yerləşdirilməsi ideyasını dəstəkləmədiyini vurğulayıb.