15 mart 2025 23:12
77

Ekvador öz ərazisində Amerika hərbi bazasının yerləşməsində maraqlıdır

Ekvador rəsmiləri ABŞ prezident administrasiyasına yaxın lobbiçilərə bildiriblər ki, ölkə öz ərazisində Amerika hərbi bazasının yerləşməsində maraqlıdır.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ekvador rəsmiləri respublikaçı lobbiçilər ilə əlaqə saxlayıb, lakin Ağ Ev prezidenti Donald Trampın administrasiyasının onların təkliflərindən xəbərdar olub-olmadığı hələlik bəlli deyil.

Eyni zamanda Ekvador rəsmiləri amerikalı lobbiçilərə Kitonun ABŞ-la azad ticarət sazişi bağlamağı planladırdığına dair məlumatları çatdırıblar.