Ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 68 qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, 18 avtomat silahı, üç tapança, beş tüfəng, 16 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.