Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, Naxçıvan Qaz İstismar Xidmətindən bildirilib ki, rayonun Mahmudkənd, Zeyvə, Düdəngə və Cəlilkənd kəndlərini mavi yanacaqla təchiz edən 159 millimetrlik boruda çat yaranıb.
Martın 23-də saat 10-00-dan 12:00-dək təmir işlərinin aparılması məqsədilə həmin kəndlərə qazın verilişində müvəqqəti fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.