23 mart 2025 19:53
183

Mingəçevirdə evdə partlayış olub, ölən var

Mingəçevirdə yaşayış binasında yanğın olub, ölən və tüstüdən zəhərlənən var

Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binaların birində qeydə alınıb. 

Binanın birinci mərtəbəsindəki mənzillərin birində 1941-ci il təvəllüdlü Osmanova Rahilə hadisə nəticəsində ölüb, digər mərtəbədə yaşayan daha bir nəfər isə tüstüdən zəhərlənib.

Ölən şəxsin yataq xəstəsi olduğu bildirilir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Qeyd edək ki, yanğının qaz sızması nəticəsində baş vermiş partlayışdan olduğu deyilir. 

Faktla bağlı araşdırma aparılır.

"Report"