24 mart 2025 17:22
241

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 88 min 57 ton meyvə-tərəvəz idxal edilib.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 65 milyon 977 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 3 min 462 ton (3,7 %) azdır, dəyər baxımından isə 2 milyon 833 min ABŞ dolları (4,4 %) çoxdur. Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,6 %-ni təşkil edib. 2 ay ərzində Azərbaycan həmçinin 100 min 399 ton meyvə-tərəvəz ixrac edilib. Bu həcmdə meyvə-tərəvəzin dəyəri 108 milyon 999 min ABŞ dolları təşkil edib. Bunlar, 1 il əvvələ nisbətən həcm baxımından 13 min 328 ton (15,3 %), dəyər baxımından isə 9 milyon 525 min ABŞ dolları (9,5 %) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 2,3 %-ni təşkil edib.