26 mart 2025 19:01
220

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında martın 27-si gündüz hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

“İki sahil” xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.