Misli Premyer Liqasında 28-ci tur davam edir.
“İki sahil” xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Hazırda Naxçıvan klubu 47 xalla üçüncü pillədə qərarlaşıb. “Ağ-qaralar” isə 31 xalla altıncıdır.
Cari mövsüm bu komandaların qarşıdurmasında “Araz-Naxçıvan”ın aşkar üstünlüyü var. 3 oyundan 2-də qalib gələn Elmar Baxşıyevin komandası 1 matçda da heç-heçə edib.
Günün ikinci görüşündə “Sumqayıt” doğma meydanda “Sabah”ı sınağa çəkəcək. 27 turdan sonra Bakı klubu 35 xalla beşinci, sumqayıtlılar isə 28 xalla yeddinci pillədə qərarlaşıblar.
Bu mövsüm çempionatda “Sumqayıt” və “Sabah” arasında keçirilən 3 matçda tərəflər hərəyə 1 qələbə qazanıblar, 1 görüşdə isə qapılara qol vurulmayıb.
Qeyd edək ki, Misli Premyer Liqasında 28-ci tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.
Misli Premyer Liqası,
28-ci tur
29 mart (şənbə)
16:45. “Neftçi” - “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
“Neftçi Arena”
19:00. “Sumqayıt” - “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
30 mart (bazar)
16:00. “Kəpəz” - “Səbail”
18:00. “Zirə” - “Şamaxı”
28 mart (cümə)
“Turan Tovuz” - “Qarabağ” - 1:4