29 mart 2025 11:51
333

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb

“Starlink” genişzolaqlı peyk internet xidməti Azərbaycanda istifadəyə verilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Starlink” şirkətinin “X” sosial şəbəkə hesabında paylaşım edilir.

Xatırladaq ki, 2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə ABŞ şirkətinin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışını nəzərdə tuturdu.

"Starlink" qlobal peyk rabitə sistemidir. "Starlink" şəbəkəsi dünyanın istənilən yerindən İnternetə çıxışı təmin edir. Terminallar rabitə infrastrukturunun inkişaf etmədiyi ucqar və əlçatmaz regionlarda siqnal qəbul etmək qabiliyyətinə malikdir. Trafik sürəti 1 Gbit/s təşkil edir ki, bu da beşinci nəsil mobil rabitə standartına (5G) uyğundur. Bir neçə min cihaz aşağı Yer orbitində, yəni Yer səthindən 550 km-ə qədər məsafədə, digər qurğular isə daha yüksəkdə yerləşir.

Hazırda “Starlink” ABŞ, Kanada, Avstraliya, Avropa ölkələri, Latın Amerikası və Afrikanın bəzi ölkələrində mövcuddur.