29 mart 2025 12:02
212

"Turan Tovuz" antirekordunu təkrarlayıb

Misli Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı qəbul edən “Turan Tovuz” antirekordunu təkrarlayıb.

“İki sahil” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın 1:4 hesabı ilə uduzması sayəsində mümkün olub.

Həmin nəticə Tovuz klubunun Premyer Liqadakı ən ağır ev məğlubiyyətinin təkrarıdır. Bunadək yalnız bir komanda səfərdə qərblilərə böyük hesabla qalib gəlmişdi. 2024-cü il aprelin 19-da “Sumqayıt” 4:1 hesablı qələbəyə sevinib.

“Turan Tovuz” həm də ev görüşündə buraxılan qol sayında antirekordunu təkrarlayıb. “Sumqayıt”dan sonra “Qarabağ” da Qərb səfərində 4 top vurub.