31 mart 2025 11:20
171

Anar Məmmədov qazini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Tərtər şəhər sakini, Vətən müharibəsinin qazisi Məmişov Rəşad Ələsgər oğlunu ziyarət edib, qazinin qayğıları ilə maraqlanıb. 

“İki sahil” xəbər verir ki, ziyarət zamanı qazimizin Vətən müharibəsində keçdiyi döyüş yolundan və aparılan uğurlu əməliyyatlarda iştirakından danışılıb. Millət vəkili Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Rəşad Məmişov kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

Rəşad Məmişov da şəhid ailələrinə, qazilərə, Vətən Müharibəsi iştirakçılarına daim göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.